Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici KİV-də yayılan məlumatlara görə, Rusiya və ABŞ gizli şəkildə 28 bəndlik yeni sülh planı üzərində işləyir. Plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.
Bəs Ukraynanın ABŞ-nin sülh planı ilə razılaşacağı ehtimalı realdırmı?
Bu barədə Demokrat.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, bunlar əbəs cəhdlərdir, əgər Zelnski istəsə belə, bunu edə bilməz:
“Əgər həqiqətən torpaqların verilməsi şərtini qəbul edəcəkdisə, onda 4 illik müharibəyə, şəhərlərin dağılmasına, yüz minlərlə insanın ölümünə nə ehtiyac var idi?
Zelenski bunu etsə, ordu dərhal qiyam qaldıraraq onu hakimiyyətdən devirə bilər. Xalq da buna razı olmaz.
Ərazi güzəşti məsələsi dövlət və xalq məsələsidir. Bu, Zelenskini aşan məsələdir. Məsələni yumşaltmaq üçün ortaya icarə versiyasını atıblar. Guya ərazilər Rusiayya icarəyə veriləcək, mülkiyyət hüququ Kiyevdə qalacaq. Bunlar hamısı aldadıcıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bəs Ukraynanın ABŞ-nin sülh planı ilə razılaşacağı ehtimalı realdırmı?