Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski, kritik infrastruktura zərbələrin nəticələri və onun bərpa müddəti barədə mediada məlumat yayılmasına məhdudiyyətlər qoymağı əmr edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabineti zərərin nəticələri və obyektlərin bərpa müddətləri barədə məlumatların dərc olunmasını qadağan etmək üçün təcili tədbirlər görməlidir. Məhdudiyyətlər enerji və vacib xidmət obyektlərində qoruyucu qurğuların tikinti mərhələləri və vəziyyəti barədə məlumatlara da şamil ediləcək.
Həmçinin, Zelenski media üzərində dövlət nəzarətini gücləndirən və Rusiyanın hərəkətlərinə hər hansı müsbət qiymət verilməsini qadağan edən qanun imzalayıb. Bundan əlavə, Ukrayna hakimiyyətinin fikrincə, Rusiyanın hərəkətləri haqqında etibarsız olan məlumatların yayılması, eləcə də Rusiya dövlət orqanlarının fəaliyyətinin “populyarlaşdırılması” məqsədilə “müstəsna olaraq müsbət” şəkildə işıqlandırılması qadağandır.