Zelenski: Bütün əraziləri hərbi yolla azad etmək… KONKRET

08.08.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bütün ərazilərini hərbi yolla azad etməyin real olmadığını etiraf edib.

KONKRET.az The Telegraph nəşrinə istinadla xəbər verir ki, dövlət başçısı münaqişənin həlli üçün diplomatik yolların axtarılmasının vacibliyini vurğulayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna hazırkı cəbhə xətti üzrə atəşkəsi nəzərdən keçirməyə hazırdır. Lakin bu, Rusiya tərəfindən işğal olunmuş ərazilər üzərində beynəlxalq hüquqi tanınma ilə müşayiət olunmamalıdır.

Ukrayna Konstitusiyası ölkənin ərazi bütövlüyünün dəyişdirilməsinə qadağa qoyur və Zelenski bildirib ki, Kiyev bu prinsiplərə sadiq qalır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью