Zelenski casus ovuna çıxıb

05.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenski yeraltı sərvətlərə dair sazişin detalları barədə məlumat sızdıran şəxsi müəyyənləşdirmək üçün araşdırma aparılmasını əmr edib.

Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Qeyd olunub ki, məlumat sızması Ukrayna parlamentinin deputatlarından birinin sazişin detalları barədə məlumat yayması nəticəsində baş verib.

Volodimir Zelenski deputata məlumat sızdıran şəxsi tapmaq üçün xüsusi cihazdan istifadə edilməsini tapşırıb.

Artıq bir neçə nazirlikdən olan əməkdaşlar yalan detektoru vasitəsilə yoxlanılıb. /Teleqraf 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью