Zelenski cavabımızdan qorxdu: Lavrov

22.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vladimir Zelenski Moskvanın Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlərin istifadəsinə verdiyi cavabdan qorxdu.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Cavabımıza reaksiyaya gəlincə, başa düşürəm ki, Zelenski qorxdu. O, Rusiyanın belə bir hərəkəti qarşısında ağalarını onu silahsız qoymaqda ittiham etməyə başladı. Bu, yəqin ki, faydalı bir nəticədir”, – Lavrov bildirib.

Qeyd edək ki, ötən gün Rusiya “Oreşnik” ballistik raketləri ilə Ukraynaya zərbə endirmişdi.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью