Zelenski: Çin Ukraynanın qələbəsində maraqlı deyil

23.10.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çin Ukraynanın qələbəsində və Rusiyanın məğlubiyyətində maraqlı deyil".

Oxu.Az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə mətbuat konfransında deyib.

"Çin həqiqətən olduqca mürəkkəb məsələdir, bizim Si Cinpinlə mütəmadi dialoqumuz yoxdur, müəyyən telefon danışıqlarımız olub və mənə dedi ki, o, silah satmayacaq və mənim həqiqətən də silah paketləri haqqında xəbərim yoxdur, amma bir şeyi bilirəm: Çin Rusiyaya kömək edir, Ukraynaya kömək etmir. Çin həm də zəif Rusiyada maraqlı deyil", - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью