Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edib.
Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Friedrix Merts ilə görüşəcək.
Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.
Ukrayna lideri bildirib ki, tərəflər həmçinin Avropanın təhlükəsizlik arxitekturası və Kiyevə dəstəyin davam etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Paylaş