Zelenski danışıqlarda Avropanın rolunu açıqladı

17.11.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesində Avropa ölkələrinin də iştirakına razılıq verib.

Gununesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, danışıqlara beş Avropa ölkəsinin, Avropa Komissiyasının, Avropa Şurasının və NATO-nun nümayəndələri qoşulacaq.

“Ukrayna Avropadakı bütün tərəfdaşları ilə koordinasiyanı davam etdirir. Avropanın danışıqlarda güclü iştirakçı olması üçün bütün səviyyələrdə işləməyə davam edəcəyik. Bu barədə ABŞ ilə də razılığa gəlmişik”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti yaxın həftələrdə hərbi əsirlərin mübadiləsinin həyata keçirilməsinə hazırlıq getdiyini də açıqlayıb.

Bundan başqa, Kiyev ABŞ vasitəçilərinə Xerson və Zaporojye vilayətlərində daha 10 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinin təşkilini təklif edib.

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью