Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb

02.02.2026

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna artıq danışıqlar qrupu hazırlayıb və qrup fevralın 2-də Əbu-Dabidə olacaq.

Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.

"Mən indicə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovla danışdım. Söhbətin çərçivəsini razılaşdırmaq və hər şeyi hazırlamaq üçün görüş təyin etdim. Komanda bazar ertəsi axşamı danışıqlara yola düşəcək", - deyə siyasətçi bildirib.

Əvvəllər Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək yeni danışıqlar mərhələsinin qarşılıqlı razılaşma ilə təxirə salına biləcəyi bildirilirdi. Görüşün gələn həftənin ortalarında baş tutacağı gözlənilir. Yeni tarix qarşılıqlı razılaşma ilə təyin edilib. V. Zelenskinin 4-5 fevral tarixlərini danışıqlar üçün yeni tarixlər təyin etdiyi bildirilir.

Ukraynanın Strana.ua nəşrinin məlumatına görə, danışıqların təxirə salınması Ukrayna prezidenti Zelenskinin danışıqları uzatmaq üçün taktikası ola bilər.

E. KAMAL


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью