Zelenski Davosda sülh strategiyasını açıqlayıb AZƏRTAC

22.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 22 yanvar, AZƏRTAC

“Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatiyaya yaxınlaşmaq istəyir. Amma sual olunur ki, bu hansı diplomatiya olacaq?”

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib. Zelenskinin sözlərinə görə, əsas məsələ nəticədir. Prezident qeyd edib ki, diplomatiya güclü olarsa, danışıqlar nəticəsində Ukrayna Rusiya dövlətinin təkrar hücumunu qeyri-mümkün edəcək güclü təhlükəsizlik zəmanəti alacaq. Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq.

Zelenskinin sözlərinə görə, zəif təhlükəsizlik təminatları, qeyri-müəyyənlik və yalnız sözlər varsa, o zaman Rusiya müharibə ilə qayıdacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью