Zelenski: Davosda Trampla HHM sahəsində əldə olunan razılaşmanın icrası sürətləndirilməlidir

24.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Davosda ABŞ Prezidenti Donald Trampla hava hücumundan müdafiə sahəsində əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi vacibdir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Rusiya ordusunun Ukrayna ərazisinə bu günkü hücumuna həsr olunmuş paylaşımında bildirib.

Bu gecə Rusiyanın Ukraynanın bir sıra regionlarına etdiyi kütləvi hava hücumunda 370-dən çox zərbə pilotsuz uçuş aparatı və müxtəlif tipli 21 raket istifadə etdiyini bildirən Zelenski hər belə zərbənin hava hücumundan müdafiə vasitələrinin, xüsusilə Patriot və NASAMS sistemləri üçün raketlərin tədarükünün gecikdirilməsinin yolverilməz olduğunu bir daha sübut etdiyini vurğulayıb.

“Zərbələr Kiyev şəhəri və vilayəti, Sumı, Xarkov və Çerniqov vilayətlərini əhatə edib. Xarkovda hücum nəticəsində doğum evi, məcburi köçkünlərin yaşadığı yataqxana, tibb kolleci və yaşayış binaları zədələnib. Hazırkı məlumata görə, onlarla insan xəsarət alıb, onların arasında uşaq da var. Paytaxt Kiyev və ətraf regionda əsas hədəf enerji infrastrukturu olub. Təəssüf ki, hücum nəticəsində bir nəfər həlak olub”, - o bildirib.

“Ukrayna bütün tərəfdaşların reaksiyasına və dəstəyinə ümid edir”, - Zelenski qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью