Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Davosda keçirilən sülh danışıqlarında ərazi məsələləri ilə bağlı razılıq əldə edilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, sabah Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək üçtərəfli görüşdə tərəflər Ukraynanın şərqindəki ərazilərlə bağlı variantları təqdim edə bilərlər.
Digər tərəfdən, Zelenski “Telegram” kanalında Ukrayna hökumət nümayəndələrinin Davosda keçirilən Dünya İqtisadi Forumundan yeni hava hücumundan müdafiə paketi ilə bağlı razılaşmalarla qayıtdıqlarını bildirib.
Zelenski həmçinin, yanvarın 22-də Davos Forumunda çıxış edib. O, Ukrayna münaqişəsi bitdikdən sonra ölkəyə Avropa hərbi kontingentlərinin yerləşdirilməsinin vacib olduğunu bildirib. O, həmçinin bildirib ki, münaqişənin bitməsi ilə bağlı sənədlər demək olar ki, hazırdır.
Davosdakı çıxışından əvvəl Zelenski münaqişəni müzakirə etmək üçün ABŞ Prezidenti Donald Trampla görüşüb. Söhbət bir saatdan çox davam edib və Zelenski onu məhsuldar adlandırıb. Tramp da həmçinin Zelenski ilə görüşü yüksək qiymətləndirib.