Zelenski də andiçmədən sonra Trampla görüşmək istəyir Ukrayna üçün ədalətli son istəyirik

10.01.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna, Donald Trampın andiçmə mərasimindən dərhal sonra Amerika Birləşmiş Ştatları ilə ən yüksək səviyyədə əlaqələr qurmağa hazırlaşır.

Sitat.info xəbər verir ki, Azadlıq Radiosunun məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy, Amerikanın lideri ilə Kreml rəhbəri Putinin görüşünə hazırlıq işlərinin artıq aparıldığını bildirib.

Mətbuat konfransında o, bu məlumatın yeni olmadığını vurğulayıb, çünki ABŞ-ın yeni seçilmiş prezidenti daha əvvəl də Putinlə görüşmək istədiyini bildirmişdi.

"Bizim mövqeyimiz çox sadədir: Ukraynada hamı istəyir ki, müharibə Ukrayna üçün ədalətli şəkildə sona çatsın və biz görürük ki, prezident Tramp da müharibəni dayandırmağa qərarlıdır. Buna görə də indi ən vacib olan budur, biz prezidentlərimizin görüşünü gözləyirik", — deyə Georgi Tixiy bildirib.

Trampın Zelenski və Putinlə görüşü

Xatırladaq ki, ABŞ-da seçki kampaniyası zamanı Tramp bildirib ki, o, Ukrayna və Rusiya prezidentlərini danışıqlar masasına oturtmağa qadir olacaq. O vaxtlar o, müharibənin bir gün ərzində sona çatacağını söyləmişdi.

Aytac Baxış,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью