Zelenski dəqiqədə 36 min dollar qazanır Ukraynalı deputat

27.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ali Radanın deputatı Aleksandr Dubinski Ukrayna lideri Volodimir Zelenskinin və onun yaxın çevrəsinin 2024-cü ildə nə qədər pul qazandığını hesablayıb.

"Unikal" xəbər verir ki, o, müvafiq postunu "Telegram" kanalında dərc edib.

"Hesablamalarıma görə, o və ətrafı dəqiqədə 36 min dollar qazanıb və bu davam edir!" - Dubinski qeyd edib. 

Deputat, həmçinin Ukrayna silahlı münaqişəsi ilə bağlı müxtəlif başlıqlar altında elitanın mümkün korrupsiya gəlirlərini də təhlil etdiyini açıqlayıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью