Zelenski deyib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır

22.04.2025

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vladimir Zelenski bəyan edib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır.

STRANA.ua onun sözlərindən sitat gətirir: “Danılası heç nə yoxdur – bu, bizim Konstitusiyamızdan kənardır… Bu, baş verməyəcək”.

O əlavə edib ki, Moskva ilə danışıqlara hazırdır, ancaq atəşkəsdən sonra.

Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Londonda keçiriləcək danışıqlarda ABŞ Avropaya Krımı Rusiya kimi tanımağı təklif edəcək.

Wall Street Journal həmçinin yazıb ki, ABŞ Kiyevə Krımı Rusiya kimi tanımaq və NATO-dan çıxmaq variantını təklif edir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью