Zelenski deyir döyüşəcəyik , hansı pulla döyüşəcək? | Icma.az
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Zelenski deyir “döyüşəcəyik”, hansı pulla döyüşəcək?” “Zelenski müharibənin çox uzun sürəcəyini deyib.
Onun bu müharibəni maliyyələşdirmək üçün pulu haradan alacağını bilmirəm.
Avropanın müharibəni Bayden və Harrislə eyni səviyyədə maliyyələşdirəcəyinə şübhə edirəm”.
AzPost bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Cey di Vens “Fox News“-a müsahibəsində deyib.
Onun sözlərinə görə, avropalı dostları ukraynalılara qarşı son dərəcə yanlış hərəkət edirlər: “Bu ölkələrin əhalisi deyir ki, onlar bu müharibəni sonsuza qədər maliyyələşdirməyə hazırlaşmırlar.
Amerikalılar da müharibəni sonsuza qədər maliyyələşdirmək istəmədiklərini bildirirlər.
Ona görə də Amerika, Rusiya, Ukrayna və Avropanın maraqlarına cavab verən yeganə məsələ bu münaqişəyə son qoymaqdır”.
Tam oxu
Xəbəri oxu