Zelenski Donbasdan geri çəkilmək şərtini açıqladı

14.11.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəyə NATO və Avropa İttifaqına üzvlük perspektivi də daxil olmaqla, real təhlükəsizlik zəmanətləri verilməsi müqabilində Donbasdan geri çəkilmək təklifi irəli sürülərsə, bu məsələ ilə bağlı cəmiyyətin mövqeyini öyrənəcək.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bunu jurnalistlərlə söhbəti zamanı açıqlayıb.

Zelenski vurğulayıb ki, Ukrayna öz ərazilərindən geri çəkilmək və onları Rusiyaya təhvil vermək niyyətində deyil. Onun sözlərinə görə, ABŞ tərəfi ilk dəfə Ukraynanın NATO üzvlüyü təmin ediləcəyi təqdirdə Donbasdan geri çəkilməyə razı olub-olmayacağı ilə bağlı sual verib.

Prezident bildirib ki, hazırda tərəfdaşlarla Ukraynaya təqdim edilə biləcək hərtərəfli təhlükəsizlik paketi müzakirə olunur. Bu paketə NATO və Aİ tərəfindən konkret təhlükəsizlik zəmanətləri, güclü Ukrayna ordusunun saxlanılması, lazımi sayda hərbçi və silah təminatı, müəyyən müddət üçün maliyyə dəstəyi, eləcə də ölkənin bərpasını nəzərdə tutan və maliyyə mənbələri dəqiq müəyyənləşdirilmiş Çiçəklənmə Planı daxildir.

Zelenski qeyd edib ki, ABŞ və digər NATO müttəfiqləri bu şərtləri təsdiqləyərsə, məsələ ilə bağlı Ukrayna cəmiyyətinin fikrini öyrənəcək.

“Mənim bu qərarı öz mülahizəmlə vermək hüququm yoxdur. Lakin bizə hələlik mövcud olmayan konkret təminatlar lazımdır. Bütün bunlar hazırda müzakirə mərhələsindədir”, – deyə Ukrayna Prezidenti bildirib.

Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью