Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ukrayna heç bir halda Donbası sülh müqaviləsi çərçivəsində Rusiyaya təhvil verməyəcək, ona görə də kompromis axtarılmalıdır.
Ölkə.az xəbər verir ki, bunu Prezident Vladimir Zelenski Əbu-Dabidə danışıqların nəticələrini şərh edərkən deyib.
"Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", - o vurğulayıb.
Zelenski ümid edir ki, Amerika diplomatiya naminə bu müharibə üçün Rusiyaya təzyiqi azaltmayacaq.
Zelenski eyni zamanda avropalıların da qətiyyətli mövqe sərgiləməsinin və Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirmələrinin zəruriliyini qeyd edib.
Zelenski hesab edir ki, xüsusilə Baltik dənizi vasitəsilə neft daşıyan Rusiya tankerləri tamamilə dayandırılmalı və sanksiyalardan yayınma sxemləri bloklanmalıdır. O bildirib ki, bu, əsl və ədalətli sülhə nail olmaq üçün minimum əsasdır.
Qeyd edək ki, ötən həftə BƏƏ-də keçirilən Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlarda əsas müzakirə premdeti Donbasın gələcək taleyi məsələsi olub.
Mürtəza