Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Donbas ərazisindən Rusiyanın xeyrinə imtina etməyəcəklərini bəyan edib.
BAKU.WS xəbər verir ki, Zelenski bu barədə Danimarkaya səfəri zamanı "DR Nyheder"ə müsahibəsində danışıb.
O bildirib ki, Ukrayna Donbasdan geri çəkilərsə, Rusiya gələcəkdə daha da irəliləyərək ölkənin digər ərazilərini də işğal edə bilər.
Zelenski ABŞ-nin bu məsələdə hansı mövqedə olacağını bilmədiyini də vurğulayıb. O, həmçinin Avropanın vahid mövqeyini qoruyub saxlaya biləcəyinə dair qeyri-müəyyənlik olduğunu qeyd edib.