Zelenski: Əbu Dabidə Vaşinqton Kiyev Moskva bu məsələni müzakirə edəcək

23.01.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün və sabah Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin  Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabidə  üçtərəfli görüşündə əsas müzakirə predmeti Donbasın ərazi məsələsi olacaq.

Ölkə.Az xəbər verir ki,  bu barədə Prezident Vladimir Zelenski məlumat verib. 

“Donbas məsələsi əsas məsələdir. Bu, müzakirə olunacaq və Əbu-Dabidə üç tərəfin gördüyü kimi, üsullar da müzakirə olunacaq. Bu gün və sabah”, - deyə Zelenski qeyd edib.
O əlavə edib ki, istənilən söhbətin və ya razılaşmanın hər mərhələsində mənə müvafiq məlumatlar veriləcək  və biz də öz növbəmizdə bunu  ictimaiyyətlə bölüşəcəyik.
Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, Moskva Əbu-Dabidə keçirilən danışıqlarda üçtərəfli təhlükəsizlik qrupunda yalnız hərbi qulluqçularla təmsil olunur. Onun sözlərinə görə, Vladimir Putin BƏƏ-yə yola düşməzdən əvvəl işçi qrupun üzvlərinə bir gecə əvvəl məlumat verib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью