Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixaylo Fedorovla uzun müddətdir əlaqə saxlamadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında Fedorovu uzun müddətdir görmədiyini deyib.
“Bilirəm ki, o, haradasa xaricdə olub. Və necə deyərlər, zəng etmir, yazmır”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti, həmçinin Ukrayna, Rusiya və ABŞ arasında növbəti görüşün Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Türkiyə və ya başqa bir ölkədə keçirilə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, görüşdə enerji obyektlərinə və ixrac infrastrukturuna hücumların dayandırılması, eləcə də əsir mübadiləsinin sürətləndirilməsi müzakirə oluna bilər.
Murad İsmayıl