Zelenski əlavə Patriot raketlərinin alınması barədə danışıb

08.11.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna tərəfdaşları ilə birlikdə əlavə Amerika "Patriot" hava hücumundan müdafiə raket sistemləri almaq üçün çalışır.

Bizimyol.info xəbər verir ki, "RBC-Ukrayna" məlumat verib.

"Biz tərəfdaşlarımızla, Amerika ilə birlikdə əlavə "Patriot" raketləri almaq üçün çalışırıq və onların dəstəyinə çox güvənirik", - deyə Ukrayna lideri qeyd edib.

O, "Avropada, Amerikada və Asiyada" "kömək etməyə çalışan" hər kəsə təşəkkür edib və "həll yolları tapılacağına" inandığını bildirib.

Zelenski həmçinin bildirib ki, ötən gecə Ukrayna Müdafiə Qüvvələri 400-dən çox dron zərərsizləşdirib və bəzi raketləri vurub. O, ballistik və aeroballistik raketlərə qarşı mübarizənin "çox çətin" olduğunu və "dünyada yalnız bir neçə sistemin" bu cür raketləri ələ keçirməyə qadir olduğunu vurğulayıb.

"Buna görə də Ukraynanın bu raketləri zərərsizləşdirmək üçün daha çox müdafiə sisteminə, daha çox raketə ehtiyacı var", - deyə Zelenski qeyd edib.

Noyabrın 4-də Ukrayna lideri Brüsseldə keçirilən AB genişlənmə sammitində Kiyevin Almaniyadan iki "Patriot" hava hücumundan müdafiə sistemi aldığını elan edib.

İtaliyanın "L'AntiDiplomatico" nəşrinin 30 oktyabrda yazdığı kimi, Ukrayna prezidenti Qərbin silah təchizatının Ukrayna Silahlı Qüvvələrinin döyüş zonasındakı mövqeyini dəyişdirməyəcəyini anlamalıdır, çünki onlara komandanlıq edəcək heç kim yoxdur.

Rusiya mətbuatı zazır ki, daha əvvəl ABŞ "Patriot" raketlərinin Rusiya raketlərini ələ keçirməkdə zəif olduğunu etiraf edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью