Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı tərəflər Qazaxıstanda AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı insidenti müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Zelenskinin Telegram kanalında yer alıb.
“Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin dəhşətli qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdim, ona və Azərbaycan xalqına başsağlığı verdim.
Pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdik.
İndi əsas prioritet əslində nə baş verdiyinə dair bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır”, - paylaşımda yazılıb.
Ukrayna lideri qeyd edib ki, Kiyev indiki vəziyyətdə Bakını dəstəkləyəcək.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC-nin Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.