Zelenski: Enerji daşıyıcılarının bahalaşmasının KONKRET

12.10.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna lideri Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampın Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Kiyevə təzyiq göstərdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Zelenski bunu “ABC News” telekanalına müsahibəsində deyib.

“Onlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Dizel yanacağının qiymətləri barədə danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək isə daha asandır”, – Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, dünya bazarında neftin və neft məhsullarının bahalaşması, ilk növbədə, Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının blokadaya alınması ilə bağlıdır.

Ukrayna Prezidenti enerji daşıyıcılarının qiymətinin artmasının səbəblərinin bütün dünyaya aydın olduğunu vurğulayıb və yaranmış vəziyyəti Ukraynanın fəaliyyəti ilə əlaqələndirmək cəhdlərini rədd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью