Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Kiyev, 29 yanvar, AZƏRTAC
Danışıqlar qrupumuz demək olar hər saat ünsiyyətdədir. Biz tərəfdaşlarımızla - Amerika tərəfi ilə - həqiqətən effektiv formatlar və həqiqətən ehtiyac duyduğumuz nəticələr barədə ünsiyyət qururuq.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski "Teleqram" səhifəsində söyləyib.
Prezident bildirib ki, Ukrayna görüşlərə, həll yollarına hazırdır və tərəfdaşların mümkün qədər effektiv olmasını gözləyir. Avropada, Amerikada, hər yerdə.
"Davamlı sülh üçün məhz bu lazımdır. Sülhə nail olmaq və təhlükəsizliyi təmin etmək üçün hər fürsəti qiymətləndiririk.
Bu müddət ərzində enerji sektoruna hücumları dayandırmaq səylərinə görə Amerika tərəfinə təşəkkür edirəm və ümid edirəm ki, Amerika bunu təmin edə biləcək. Amerika Birləşmiş Ştatları Prezidenti bu gün bəyanat yaydı. Bu axşam və bugünkü vəziyyət, enerji obyektlərimizdəki, şəhərlərimizdəki real vəziyyət bunu göstərəcək" - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev