Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Zelenskinin Türkiyə səfərini bir neçə kontekstdə dəyərləndirmək olar.
Birincisi, Rusiya və ABŞ danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır.
Belə bir alternatin yaradılması Ukrayna hakimiyyətinə imkan verir ki, Amerikanın qurduğu masadan yayına bilsin.
Və yaxud da öz maraqlarının təmin edilməsi üçün belə bir alternatin olduğunu nümayiş etdirsin.
İkincisi isə odur ki, Rusiya-Amerika danışıqlarında Türkiyənin dəstəyini əldə etmək məsələsidir. Güman ki, Zelenski Ərdoğandan bunu istəyir.
Türkiyənin belə bir dəstək verməsi və yaxud da prosesə qoşulması bütün hallarda Ukraynanın mövqelərini gücləndirə bilər.
Üçüncü əsas məsələ atəşkəsin edilməsindən sonra Ukraynanın təhlükəsizliyinin hansı formada təmin edilməsidir".
Bu sözləri Ölkə.az-a açıqlamasında politoloq Asif Nərimanlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünü şərh edərkən deyib.