Zelenski Ərdoğandan Putinlə görüşün təşkilinə kömək istəyib

01.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Rusiya lideri Vladimir Putinlə görüşün təşkilinə yardım göstərməsini xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Zelenski Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya biləcəyini bildirib:

“İstanbul bu proses üçün praktik və real məkandır. Bilirəm ki, Prezident Ərdoğan Putinlə əlaqə saxlayır. Buna görə də Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropanı Fransa, Almaniya və Böyük Britaniyanın təmsil edə biləcəyi barədə məlumat yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью