Zelenski Ərdoğanla görüşdən danışdı: Sabah görəcəyik

19.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ukraynada ədalətli sülhün necə təmin ediləcəyini müzakirə edəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə Madriddə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Prezident Ərdoğanla görüşüm var. İlk növbədə, Ukrayna üçün ədalətli sülhün təmin olunması üçün mümkün olan maksimum yolları müzakirə edəcəyik. Məncə, bu, kifayət qədər məzmunlu söhbət olacaq – bəlkə uzun, bəlkə də, o qədər də uzun olmayacaq. Baxacağıq. Türkiyə Prezidenti ilə yaxşı münasibətim var. Danışacağıq. ABŞ-dan bəzi mövqelər və siqnallar var. Sabah (noyabrın 19-da - red.) görəcəyik", - deyə Zelenski qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью