Zelenski “Ermitaj”ın baş direktoruna sanksiya tətbiq etdi | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Ukrayna Prezidenti Volodimir Zelenski Krımdakı üç muzeyə, həmçinin, Rusiya Dövlət Ermit
Yeniavaz.com xəbər verir ki, bu barədə fərman Zelenskinin saytında dərc olunub.
Fərmana əsasən, sanksiyalar “Tauric Chersonesos” tarix-arxeoloji muzey-qoruğuna, Taurida Mərkəzi Muzeyinə və Şərqi Krım Tarix-Mədəniyyət Muzey-Qoruğuna şamil edilir.
Bundan əlavə, Zelenski Ermitaj Muzeyinin baş direktoru Mixail Piotrovskiyə, Ermitaj muzey kolleksiyasının baş kuratoru Svetlana Adaksina və bir sıra digər muzey əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına Rusiya mədəniyyət nazirinin birinci müavini Sergey Obrıvalin və mədəniyyət nazirinin müavini Vladimir Osintsev, habelə Rusiya Elmlər Akademiyasının Krım Arxeologiya İnstitutunun direktoru Vadim Mayko daxildir.
Ümumilikdə çoxlu sayda tarixçi və arxeoloq da daxil olmaqla 112 şəxsə qarşı sanksiya tətbiq edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu