GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO Baş Katibi Mark Rutte ilə görüş keçirib.
Globalinfo.az-ın xəbərinə görə, Zelenski görüşdən sonra Rusiyanın Ukraynaya qarşı ən böyük ballistik raket zərbəsi həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, 28 qanadlı raket və 43 müxtəlif tipli ballistik raket atılıb, hansı ki, bunlar yalnız “Patriot” sistemləri ilə vurula bilər.
Zelenski vurğulayıb ki, bu, həmin sistemlər üçün raketlərin təcili şəkildə tədarükünün vacib olduğunu göstərir. O əlavə edib ki, görüş zamanı bu məsələ əsas müzakirə mövzusu olub.
Zelenski həmçinin qeyd edib ki, görüş zamanı Rusiya tərəfindən Ukraynanın enerji və infrastruktur obyektlərinə hücumların müvəqqəti dayandırılması barədə də danışılıb. ABŞ Prezidenti tərəfindən razılaşdırıldığı kimi, Rusiya bir həftə müddətində hücum etməməli idi. Lakin rus tərəfi bu öhdəliyi pozub. O əlavə edib ki, soyuq hava şəraitində belə hücumlar əslində Ukrayna xalqına qarşı məqsədyönlü edilir.
Prezident bildirib ki, Ukrayna bu məsələ ilə bağlı ABŞ tərəfi ilə əlaqədə olacaq və o, tərəfdaşların baş verənlər barədə səssiz qalmayacağına ümid edir.
Əliyar Xəlil