Zelenski etiraf etdi: İtirdiyimiz ətaziləri geri qaytara bilməyəcəyik

02.12.2024

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Zelenski: Ukrayna Silahlı Qüvvələri itirilmiş əraziləri geri qaytara bilməyəcək.
Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil. Bunu "Kyodo"-ya müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib .

Onun sözlərinə görə, Ukrayna ordusunun itirilmiş əraziləri qaytarmağa gücü çatmır. O, əlavə edib ki, Ukrayna münaqişəsinin “çətin dövrü” başlayıb. Prezident belə qənaətə gəlib ki, Kiyev ərazilər məsələsinin diplomatik həllini axtarmalı olacaq.
Bildirək ki, Zelenski Ukrayna Silahlı Qüvvələrində qüvvələrin olmamasından şikayətlənib və tərəfdaşlarından Ukraynaya yardımı genişləndirməyi tələb edib. Eyni zamanda, o, münaqişənin diplomatik yolla həllinin mümkünlüyünü açıqlayıb, ancaq bir şərtlə ki, Ukrayna öz maraqlarını müdafiə edəcək qədər güclü olsun.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью