Zelenski: F16larımız azdır, lakin onlar çox şey ediblər...

30.11.2024

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna rəhbəri nə qədər rus raketinin qırıcı təyyarələr tərəfindən məhv edildiyini açıqlayıb.

...Ukrayna “F-16” qırıcıları son hücumlardan birində Rusiyanın daha 7 qanadlı raketini məhv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “SkyNews”-a müsahibəsində danışıb.

...Bu gün Ukraynada “F-16”-lar necə hazırlanır? Möhtəşəm, qeyri-adi. “F-16”-larımız azdır, lakin onlar artıq çox şey ediblər – cəmi iki gecə əvvəl yeddi qanadlı raketi məhv ediblər. Raketlər bizim infrastrukturumuza yönəlmişdi.

Bunu Vladimir Zelenski bildirib.

Zelenski “F-16”-ların Ukraynaya təhvil verilməsinin NATO-nu müharibəyə sürükləyəcəyi ilə bağlı qorxularını xatırladıb: ...“HİMARS ilə də eyni idi, sonra “F-16” ilə - qərar verildi, amma çox gec”.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью