Zelenski Fiko ilə görüşüb: müzakirə olunan məsələlər açıqlanıb

04.05.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna prezidenti Vladimir Zelenski Yerevanda Slovakiyanın baş naziri Robert Fiko ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı Telegram kanalında məlumat verib.

“Ukrayna Slovakiya ilə konstruktiv dialoqa açıqdır və möhkəm münasibətlərin inkişafında maraqlıdır”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, görüş zamanı müxtəlif sahələrdə əməkdaşlıq və yaxın vaxtlarda hökumətlərarası komissiya formatında birgə iclasın keçirilməsi müzakirə olunub.

“Həmçinin Kiyev və Bratislava arasında qarşılıqlı səfərləri müzakirə etdik – razılaşdıq ki, komandalar səfərlərin qrafiki üzərində işləyəcək”, – deyə o əlavə edib.

Zelenskinin sözlərinə görə, tərəflər Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə də toxunublar.

“Slovakiyanın Ukraynanın Aİ-yə qoşulmasını dəstəkləməsi və bu yolda kömək etməyə hazır olması vacibdir. Buna görə təşəkkür edirəm”, – deyə Ukrayna lideri vurğulayıb.

Daha əvvəl xəbər verildiyi kimi, Slovakiyanın baş naziri Robert Fiko mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyi planlaşdırır. Fiko bildirib ki, Brüsseldə bu görüşlərlə bağlı ona tez-tez iradlar bildirilir və Vladimir Putin ilə görüşməməsinin səbəbləri izah olunur. Bununla belə, qeyri-rəsmi söhbətlərdə həmin görüşlərin detalları ilə də maraqlanırlar.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью