Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

17.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 17 iyun, AZƏRTAC

Fransada keçirilən G7 sammiti Ukrayna üçün mühüm nəticələr verib. Ən əsası, Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

Zelenski qeyd edib ki, müharibənin başa çatdırılması və sülhün təmin edilməsi məqsədilə Rusiyaya qarşı təzyiq tədbirlərinin gücləndirilməsi istiqamətində yeni addımlar atılacaq.

“Tərəfdaşlar müdafiəmizin və enerji dayanıqlığımızın təmin olunmasına dəstək göstərəcəklər. Əsas çağırışlar və onlara cavab olaraq atılacaq konkret addımlarla bağlı ortaq anlayışın olması mühüm amildir. Qlobal birliyimiz Ukraynaya qarşı bu mənasız və cinayət xarakterli təcavüzün davam etdirilməsi imkanlarını həqiqətən də azaldır”, – deyə Zelenski əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью