Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun sonunda Fransada keçiriləcək G7 sammitində iştirak etməyi planlaşdırır.
Bakıvaxtı.az-ın məlumatına görə, Ukrayna lideri Evian-le-Ben şəhərində keçiriləcək sammitdə Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ liderlərinə qoşula bilər.
Mənbələrə görə, danışıqlarda hərbi diplomatiya və Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Martın əvvəlində Yelisey Sarayı Zelenskiyə sammitdə iştirak etmək üçün rəsmi dəvət göndərilmədiyini bildirmişdi.