Zelenski: Genişmiqyaslı əsir mübadiləsi gözləyirik

12.11.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən görüşlərdən sonra hərbi əsir mübadiləsi ilə bağlı razılaşma əldə edildiyini və genişmiqyaslı mübadilə gözlənildiyini bildirib. 

Məlumatı “Anadolu” yayıb. 

Ukrayna liderinin mətbuat xidmətinin məlumatına görə, o, bunu Dublində Litva prezidenti Gitanas Nausėda ilə görüşdə deyib: “Sülh səyləri ilə bağlı bütün məsələlərdə fəaliyyətimizi mümkün qədər sıx əlaqələndiririk. Mən Gitanası bu yaxınlarda Əbu-Dabidə keçirilən görüşlər barədə məlumatlandırdım. Ən əsası, əsir mübadiləsi barədə razılığa gələ bildik və bunun genişmiqyaslı olacağını gözləyirik”. 

Məlumata görə, liderlər Ukraynanın enerji sektoruna yardım və logistika dəstəyini müzakirə ediblər. Zelenski vurğulayıb ki, Ukraynanın bir çox şəhərində mövcud vəziyyət “son dərəcə çətindir”.

Prezidentlər həmçinin Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyinə hazırlıqları müzakirə ediblər.

“Biz 2026-cı ilin sonuna qədər bütün klasterləri açmaq və Litvanın sədrliyi dövründə danışıqlar fəsillərini bağlamaq üçün əlimizdən gələni edirik. Litva bu fikirləri tam dəstəkləyir”, - deyə Zelenski vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью