Zelenski geri addım atdı: Rusiya Ukrayna ərazilərinə sahib ola bilər

22.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya, Ukrayna və ABŞ arasında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda ərazi məsələləri müzakirə olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, mümkün görüşlər zamanı tərəflər bir-birinə müxtəlif variantlar təqdim edə bilərlər.

“Düşünürəm ki, üçtərəfli görüşlərdə bir-birimizə seçimlər təqdim edə bilərik. Bu, ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir”, – deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Rusiya tərəfi bu barədə daha əvvəl dəfələrlə açıqlama verib. Onlar bəyan edib ki, Moskvanın nəzarətində olduğunu iddia etdiyi ərazi məsələsi prinsipial xarakter daşıyır. Kreml rəsmiləri vurğulayıblar ki, bu ərazilərin Rusiya tərkibində qalması ilə bağlı mövqeləri dəyişməzdir və yalnız bu şərt daxilində sülh danışıqları istiqamətində real addımlar atıla bilər.

Tahir Turan 
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью