Zelenski gözlənilmədən İspaniyaya gedib

05.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilmədən Madridə səfərə gedib. Məqsəd 30-cu İbero-Amerika Sammitində iştirak etməkdir. 

Məlumatı “Euronews” verib. 

Cümə axşamı, forumun son günündə Zelenskinin İspaniyanın Baş naziri Pedro Sançes ilə görüşü planlaşdırılır. Bu, Ukrayna liderinin İspaniyaya beşinci səfəridir.

Zirvə toplantısında İspaniya, Portuqaliya və Latın Amerikası ölkələri də daxil olmaqla, ispan və portuqaldilli icmanın 22 ölkəsindən dövlət və hökumət nümayəndə heyətləri iştirak edir. 

Bu dəfə görüşdə on lider şəxsən iştirak edir. Braziliya və Meksika prezidentləri də daxil olmaqla bir neçə əsas dövlət başçısı iştirak etmir. 

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez forumun aktuallığını itirdiyinə dair iddiaları rədd edərək, regiondakı bütün ölkələrin bu və ya digər şəkildə təmsil olunduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью