Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar barədə fərman imzalayıb

05.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “insider.ua”ya istinadən xəbərinə görə, siyahının təfərrüatları açıqlanmasa da, ona hakim “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilinin başçılıq etdiyi bildirilib.

Bununla bağlı açıqlama verən Ukrayna lideri ölkəsi də daxil olmaqla, həm Gürcüstan, həm də Moldovanın məhvinə göz yummağın doğru olmadığını bəyan edib:

“Biz həm ABŞ-ni, həm də Avropa İttifaqını bu məsələdə prinsipial mövqe sərgiləməyə çağırırıq”, – Zelenski deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью