Zelenski Gürcüstana qarşı sanksiyalarla bağlı fərman imzaladı

05.12.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Azpost.info bildirir ki,bu barədə Zelenski məlumat verib.

“Bu sanksiyalar Gürcüstanda hakimiyyətin ölkəni Putinə təhvil verən hissəsinə qarşı sanksiyalardır. Beynəlxalq məsələlərdə belə olur: əgər siz vaxtında reaksiya verməsəniz və ya prinsipsiz davransanız, bundan sonrası itirilmiş onilliklər və azadlıqdan məhrum olan ölkələr olacaq – Zelenski bildirib.

Prezident əlavə edib ki, bu regionda heç kimi -nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı itirmək olmaz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью