Zelenski güvəndiyi hər kəsi itirib

28.04.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vladimir Zelenski Ukrayna ilə bağlı danışıqlar prosesində özünü tələyə salıb.

Bunu Almaniyanın “Berliner Zeitung” qəzetinə yazdığı məqalədə geosiyasi ekspert Nikolas Butilin deyib.

İndi geosiyasi reallıqlar ukraynalı siyasətçini elə vəziyyətə salıb ki, hər bir qərar baha başa gəlir, RİA Novosti Butilin istinadən bildirib.

Məqalə müəllifi yazır ki, Zelenski güvəndiyi hər kəsi itirib. ABŞ Ukraynaya hərbi yardımı kəsməklə hədələyir, Avropalı müttəfiqlər isə heç bir real addım atmadan yalnız yüksək səslə dəstəklərini bəyan edirlər.

Həmçinin, heç kim Kiyevin münaqişənin axarını öz xeyrinə çevirə biləcəyinə inanmır - , ekspert vurğulayıb.

Butilin qeyd edir ki, böyük ehtimalla Ukrayna üçün yaxşı sövdələşmə olmayacaq. Məsələ artıq Kiyevin güzəştə getməli olub-olmayacağı deyil, onların nə qədər böyük olacağıdır, deyə o yekunlaşdırıb.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью