Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. ABŞ və Ukrayna nümayəndələrinin Mayamidə keçirilən görüşündə ciddi irəliləyişin əldə
“Bloomberg” nəşrinin məlumatına görə, Danışıqların müsbət atmosferinə baxmayaraq, prosesə yeni dinamika qazandıra biləcək ciddi bir irəliləy
Hazırda ABŞ-ın Ukraynaya sülh şərtlərini qəbiul etməsi üçün təzyiq göstərdiyi bildirilir.
Lakin digər tərəfdən Avropa ilə Vaşinqton arasında müharibə ilə bağlı fikir ayrılığının dərinləşməsi səbəbindən gərginlik artması müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın şərtlərini qəbul etmir, ABŞ-ın müvafiq təklifləri ilə razılaşmır və xalqının ərazi itkisinin yer alacağı istənilən təklifi rədd edəcəyini vurğulayır.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, görüşdə ciddi nəticənin əldə olunmayacağı gözlənilən idi: “Çünki Ukraynanın ABŞ-ın şərtlərinə razılıq vetməsi faktiki olaraq kapitulyasiya deməkdir.
Prezident Volodimir Zelenski yaxşı bilir ki, belə olacağı təqdirdə, xalq onu bağışlamayacaq.
Lakin digər tərəfdən, Kiyev Vaşinqtonun “damarını tapdalaya” bilməz.