Zelenski həlledici görüşlər keçirir

21.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda həlledici görüşlər keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin sosial şəbəkədəki "X" hesabında yazıb.

"İndicə demək olar ki, həlledici bir görüş başa çatdı. Hazırda isə faktiki olaraq həlledici olan növbəti görüş davam edir", – deyə Litvin bildirib.

O, Zelenskinin kimlərlə görüş keçirdiyini açıqlamayıb. Müşavirin sözlərinə görə, qərarlar qəbul edildikdən sonra bununla bağlı rəsmi məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın The Times qəzeti Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorovun prezidentliyə namizəd ola biləcəyini yazmışdı. Nəşrin iddiasına görə, onu yeni siyasi partiya yaratmağa təşviq edirlər. Məqalədə həmçinin bəzi rusiyalı ekspertlərin Fedorovun artan populyarlığının onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi olduğunu iddia etdikləri qeyd olunub. Bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью