Zelenski həmin gün babasını yad edəcək, lakin... Zaxarova

03.05.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May Qələbə Günü ilə bağlı sözləri və atəşkəs təklifini rədd etməsi birbaşa qlobal terrorçu təhdididir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Biz çoxdan bilirik ki, Zelenski üçün müqəddəs heç nə yoxdur. Mayın 9-da Zelenski babasının, bir cəbhəçinin xatirəsini ehtiramla yad edəcək, amma qorxaq satqın və əməkdaş kimi faşistləri salamlayacaq. Onun Qələbə paradında dünya liderlərinin təhlükəsizliyi ilə bağlı açıqlamaları birbaşa təhdiddir və  Ukrayna lideri bu yolla öz əcdadlarının xatirəsinə xəyanət edir. Çünki bayram zamanı Qızıl Meydanda çox sayda veteran toplaşacaq”.

Qeyd edək ki, Ukrayna prezidenti Rusiyanın 3 günlük atəşkəs təklifini rədd edib və mayın 9-da keçiriləcək hərbi paradda təhlükəsizliyə zəmanət verilməyəcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью