Zelenski hərbi yardım üçün bu ölkəyə getdi

19.03.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski hərbi yardımla bağlı danışıqlar aparmaq üçün Finlandiyaya gedib.

Modern.az xəbər verir ki, Telegram-dakı mesajında ​​Ukrayna prezidenti finlandiyalı həmkarı Aleksandr Stubb, ölkənin baş naziri Petteri Orpo və müdafiə sənayesinin nümayəndələri ilə görüşəcəyini qeyd edib.

Zelenskinin sözlərinə görə, görüşlər “müdafiəyə dəstək, Ukraynada silah istehsalına investisiyalar və Ukraynanın Avropaya inteqrasiyasına” həsr olunacaq.

Finlandiya prezidenti də öz növbəsində danışıqların çərşənbə günü prezident sarayında baş tutacağını təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью