Zelenski Hikmət Hacıyevə orden verdi

24.08.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Ukrayna prezidenti Volodimir Zelenski Hikmət Hacıyevi Ukraynanın dövlət ordeni ilə təltif edib.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev X hesanında paylaşım edib.

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.

Təltif olunanlar arasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də var.

Məlumata görə, Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeninə layiq görülüb.

Ukrayna tərəfi bununla bağlı paylaşımında Hikmət Hacıyevi təbrik edib və əməkdaşlığa görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ukraynanın “Xidmətlərə görə” ordeni ölkənin dövlət mükafatlarından biridir və müxtəlif sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.

https://x.com/Husyev/status/2091831595439096149

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью