Zelenski iclaslarda hansı dildə danışır? Arestoviç | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna prezidentinin kabinetində bütün danışıqlar rus dilində aparılırdı. Hətta Prezident Volodimir Zelenski də rus dilində danışır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna prezident aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“Prezident aparatında işlədiyim 2,5 il ərzində heç vaxt Ukrayna dilində keçirilən görüşün şahidi olmamışam. Hazırda da vəziyyət elədir.
Zelenski rus dilindən danışmaqdan guya imtina edir. Hamını Ukrayna, ana dilində danışmağa çağırır.
Zelenskinin öz anası elə rus dilində danışır. Onun ana dilinə, oxuyub karyera qurduğu dilə hörmətsizliyi qəbuledilməzdir”, – o vurğulayıb.
Safura Bənnayeva Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu