Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Prezidenti Donald Trampın sülh planı ilə bağlı ultimatumundan sonra Volodimir Zelenskinin siyasi rejimi üçün geri sayımın başladığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bunu özünün Teleqram kanalında yazıb.
Slutski ABŞ Prezidentinin komandasının Kiyevə nizamlanma təkliflərinə cavab vermək üçün cəmi bir neçə gün vaxt verildiyi barədə məlumatları şərh edərək qeyd edib ki, bu, Vaşinqtonun səbrinin tükəndiyinə işarədir.
Onun sözlərinə görə, Tramp Zelenskiyə ABŞ-ın sülh planını daha dərindən öyrənməyi tövsiyə edir və bu planın qəbul edilməsi üçün sadəcə “günlər” qoyur.
Slutski hesab edir ki, bununla Zelenski administrasiyası üçün də yeni mərhələnin başladığı görünür.
Tahir Turan
Globalinfo.az