Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müharibədən sonra Ukrayna Prezideti Vladimir Zelenski ilə İsveçrədə, Alp dağlarında oturub özümüzü tamamilə əldən salana qədər içəcəyik. Planımız budur.
Axar.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
Mark Ruttenin sözlərinə görə, Zelenskilə öz aralarındakı söhbətlərdə tez-tez müharibə bitdikdən sonra nələr etmək istədiklərini müzakirə edirblər.
Tərəflərin planına əsasən, Zelenski İsveçrə dağlarının zirvəsində yer seçəcək, Rutte özü ilə qırmızı şərab götürəcək.