Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı aktyor Pavel Derevyanko Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edilib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, aktyor Rusiyanın Ukraynadakı fəaliyyətini dəstəklədiyi üçün 2023-cü ilin oktyabrında siyahılara əlavə edilib.
Qeyd edək ki, 2012-ci ildə Derevyanko və Volodimir Zelenskinin baş rollarını ifa etdikləri "Rjevski Napoleona qarşı" komediya filmi nümayiş olunub.
Bildirək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.